📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hacı Əliyevlə iranlı güləşçi arasında dava düşüb - VİDEO

2022-08-10 19:12:00

Hacı Əliyevlə iranlı güləşçi arasında dava düşüb - VİDEO

Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan güləşçisi Hacı Əliyevlə iranlı güləşçi arasında gərgin anlar yaşanıb.

Gərginliyə sərbəst güləş üzrə 3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyevin İran güləşçisi Murteza Hassan Ali ilə 1/4 final qarşılaşmasında hakimlərin ədalətsiz qərarları səbəb olub. Hacı Əliyevin rəqibə qarşı fəndləri hakimlər tərəfindən qeydə alınmayıb.

Bundan sonra idmançılar arasında gərginlik yaranıb. Hakimlərin ədalətsizliyinə və iranlı güləşçinin təxribatçı hərəkətlərinə baxmayaraq, Hacı Əliyev görüşü sona qədər davam etdirib və əzmkar qələbə qazanıb. 1:4 hesabı ilə geridə olan güləşçimiz görüşün bitməsinə az vaxt qalmasına baxmayaraq, tətbiq etdiyi fəndlərlə önə keçib. Hacı Əliyev 8:4 hesabı ilə qalib gələrək, yarımfinala yüksəlib.

 

Azsabah.com