📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hacı Kərimov finalda!

2026-08-23 11:09:14

Hacı Kərimov finalda!

Sərbəst güləşçimiz Hacı Kərimov Bratislavada keçirilən U-20 dünya çempionatında finala yüksəlib.

Hurriyyet.media  xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

70 kq çəki dərəcəsində mübarizə aparan idmançı hindistanlı Sumit Baraskara 5:1, ardından Şimali Makedoniya təmsilçisi Muhamed Veseliyə 11:2 hesabı ilə qalib gəlib.

H.Kərimov 1/4 finalda ermənistanlı Davit Davtyanı 12:0 hesabı ilə üstələyib, yarımfinalda isə misirli Mohamed Ahmeddən güclü olub (9:2). O, çempionluq görüşündə iranlı Sina Mehdi Xəlili ilə üz-üzə gələcək.