📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hacı Qalib deputat oğlunun adının siyahıya salınmamasından danışdı: - "YAP nə deyibsə..."

2024-07-17 17:10:36

Hacı Qalib deputat oğlunun adının siyahıya salınmamasından danışdı: -

2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə YAP tərəfindən namizədliyi irəli sürülməyən deputatlardan biri də Əliabbas Salahzadədir.

Hurriyyet.az xəbər verir ki, pravda.az bu barədə Ə.Salahzadənin atası, sabiq deputat Qalib Salahzadənin münasibətini öyrənməyə çalışıb.

O, oğlunun adının 125 namizədin sırasına daxil edilməməsinə belə reaksiya verib: “Əliabbas şəhərdə yaşayır, mən kənddə. Nəsə deyə bilmərəm. Yəqin, Partiya belə məsləhət bilib, vəssalam də. Burda nə var bəyəm? Hələ bayaq xəbər tutdu. Özü nə düşünəcək? Partiya nə deyibsə, odur, qurtardı-getdi...”