Hacı Şahinin oğlu universitetə qəbul oldu - Foto
2022-07-08 19:37:00
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli oğlu ali məktəbə qəbul olub.
Bu barədə ilahiyyatçının feysbuk səhifəsində məlumat paylaşılıb.
Qeyd olunub ki, Hacı Şahin Həsənlinin oğlu Hüseyn Həsənli ADA Universitetinin Dövlət və ictimai münasibətlər fakültəsinə qəbul olunub. \\Axşam.az