📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hacıqabulda vəzifəli şəxs qəzada öldü

2024-05-17 12:13:16

Hacıqabulda vəzifəli şəxs qəzada öldü

Mayın 17-də saat 3 radələrində Hacıqabul rayonu ərazisində “Toyota” markalı avtomobil hava şəraiti ilə əlaqədar yol kənarında maneəyə dəyib.

Hurriyyet.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, hadisə nəticəsində avtomobildə olan sərnişin Ramin Əsgərov həyatını itirib.

Araşdırma aparılır.

***

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi detallar məlum olub.

Oxu.az-ın əldə etdiyi məlumata əsasən, dünyasını dəyişən 1986-cı il təvəllüdlü R.Əsgərov Hacıqabul Rayon Post-Patrul (PPX) Xidmətinin bölük komandirinin müavini olub.