📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hacıqabulda yük avtomobilləri toqquşdu: ölən var

2021-12-11 11:15:00

Hacıqabulda yük avtomobilləri toqquşdu: ölən var

Hacıqabulda ağır yol qəzası olub.

Bu barədə Hurriyyet.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, rayon ərazisində “KamAZ" və “Mersedes” markalı iki yük avtomobili toqquşub. Hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan “KamAZ”dan çıxararaq aidiyyəti üzrə təhvil veriblər.