📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hacıqabulda yüzlərlə ev su içində qaldı - VİDEO

2024-10-12 19:09:05

Hacıqabulda yüzlərlə ev su içində qaldı - VİDEO

Hacıqabul rayonuna yağan leysan nəticəsində 300-dən çox ev su içində qalıb.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Hacıqabul Rayon Fövqəladə Hallar Komissiyasının sədri Saleh Ələsgərov bildirib.

Onun sözlərinə görə, yağış rayonda bir sıra fəsadla törədib.

Rayonun mərkəzi də daxil olmaqla, Qızılburun, Atbulaq, Qubalı-Baloğlan, Pisaat, Nəvahi kəndləri ciddi zərər çəkib.

Hacıqabulun mərkəzində elektrik verilişi dayandırılıb.

Hazırda təbi fəlakətin nəticələrinin aradan qaldırılması üçün FHN-nin Muğan Regional Mərkəzinin texnika və canlı qüvvəsi hadisə yerinə cəlb olunub. Həyətlərdən suların çəkilməsi istiqamətində lazımi tədbirlər görülür.(Report)