📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hadrutdan köçən ermənilər geri qayıtmaq istəyir

2022-07-14 14:04:00

Hadrutdan köçən ermənilər geri qayıtmaq istəyir

“Suallarımıza aydın cavab və bizə qaçqın statusu vermələrini tələb edirik”.

Hurriyyet.az xəbər verir ki, bu barədə Qarabağdan olan “köçkünlərin” hökumətin əsas binası yaxınlığında keçirdiyi etiraz aksiyası zamanı “Hanu Hadrut” QHT-nin rəhbəri Levon Hayryan məlumat verib. 

“Mən bizim məsələlərdən danışanda söylədim ki, bu problem təkcə Hadrut və Şuşa sakinlərinin deyil, bütün erməni millətinin məsələsidir.

Hadrutu itirməklə təkcə Hadruta deyil, bütün erməni millətinə ziyan vurdular. Bizi Hadruta qaytarsınlar və təhlükəsizliyimizi təmin etsinlər. Lakin biz “Artsax”da mənzil istəmirik, Ermənistanda mənzil istəyirik ki, qaçqın statusumuz olsun və yeri gələndə Hadrut və Şuşaya qayıdaq”, - deyə o bildirib. 

Yenisabah.az