Hafiz Hacıyev koronaya yoluxdu, vəziyyəti ağırdır
2021-10-25 10:02:00
Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev koronavirusa yoluxub.
Hurriyyet.az Unikal.org-a istinadən xəbər verir ki, hazırda partiya sədrinin vəziyyəti ağırdır.
Qeyd edək ki, H.Hacıyev oktyabr ayının 17-dən etibarən Gömrük Hospitalında müalicə alır. Test nəticəsi pozitiv çıxdıqdan sonra bir neçə gün vəziyyəti yaxşı olsa da, son günlərdə halı pisləşib və reanimasiyaya yerləşdirilib.