📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hafiz Hacıyevin səhhəti qəfildən pisləşdi

2021-10-16 12:15:00

Hafiz Hacıyevin səhhəti qəfildən pisləşdi

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin səhhəti yenidən pisləşib. Partiya sədri siyasi fəaliyyətinə ara verib. Hətta mətbuatla təmaslarını da dayandırıb.

Hurriyyet.az xəbər verir ki, Yenisabah.az Hafiz Hacıyevin səhhəti ilə maraqlanıb. Siyasətçi açıqlamasında özünü pis hiss etdiyini desə də, hansı xəstəlikdən əziyyət çəkdiyini açıqlamayıb. Hafiz Hacıyev danışmağa çətinlik çəkdiyi üçün ölkənin siyasi gündəminə qarşı suallarımızı cavablandırmaqdan imtina edib.

Xatırladaq ki, səhhəti ilə əlaqədar uzun müddət Türkiyədə müalicə olunan MMP sədri Azərbaycana bir neçə gün əvvəl dönüb.