📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Haitidə 17 nəfər amerikalı missioner qaçırıldı

2021-10-22 15:06:00

Haitidə 17 nəfər amerikalı missioner qaçırıldı

Hurriyyet.az “TRT Haber”ə istinadən xəbər verir ki, Haitidə bir qruplaşma 17 nəfər amerikalı missioneri qaçıraraq, onlardan hər biri üçün 1 milyon dollar pul tələb edib. “400 Mavozo” qruplaşmasının başçısı Vilson Cozef sosial şəbəkədə video paylaşaraq, tələblərinin ödənilməyəcəyi təqdirdə, missonerləri öldürməklə təhdid edib.

Missionerlərin Haitidə yetimxana inşa elədikdən sonra ABŞ-a qayıdarkən qaçırıldıqları iddia edilir.

İnsan Hüquqları Analiz və Araşdırma Mərkəzi bu ayın birinci yarısında Haitidə ən azı 119 insan oğurluğu faktının qeydə alındığını bildirib.

Hürr Tərcüman