📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Haitinin Baş nazirinə SUİ-QƏSD CƏHDİ: Ölən və yaralananlar var

2022-01-03 10:43:00

Haitinin Baş nazirinə SUİ-QƏSD CƏHDİ: Ölən və yaralananlar var

Haitinin şimalındakı Qonaives şəhərində naməlum şəxslər respublikanın müstəqilliyinin 218-ci ildönümünün qeyd edilməsi zamanı Baş nazir Ariel Anrini öldürməyə cəhd ediblər.

Hurriyyet.az xəbər verir ki, bu barədə “TeleSUR” telekanalı məlumat yayıb.

Məlumata görə, Anri bayram münasibətilə mərasimin keçirildiyi məbədi tərk etdikdən sonra yaxınlıqda bir neçə atəş səsi eşidilib. Mühafizəçilər dərhal Nazirlər Kabineti rəhbərini təhlükəsiz yerə aparıblar. O, hadisə zamanı xəsarət almayıb.

Qeyd olunur ki, atışma nəticəsində azı bir nəfər ölüb, daha bir neçə nəfər yaralanıb. Hadisə ilə bağlı bir sıra şənliklər ləğv edilib.