📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hakan Fidan Abbas Əraqçi ilə danışdı - Savaş təhlükəsi var?

2026-02-09 22:07:45

Hakan Fidan Abbas Əraqçi ilə danışdı - Savaş təhlükəsi var?

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı olub.

Hurriyyet.org xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, tərəflər davam edən nüvə danışıqları ilə bağlı fikir mübadiləsi aparılıb.

Fidan "CNN Türk" efirində ABŞ ilə İran arasındakı gərginlikdən danışarkən deyib ki, region daha bir müharibənin nəticələrini qaldıra biləcək gücdə deyil.

"Mümkün savaşı önləmək üçün bütün imkanlardan istifadə etmək istəyirik", - Fidan bildirib.

Türkiyənin məsələ ilə bağlı hər iki tərəflə təmasda olduğunu əlavə edən Fidan vurğulayıb: "Hazırda ani savaş təhlükəsi yoxdur".