Hakan Fidan ABŞ-da Lavrovla görüşüb
2024-01-23 11:34:52
Hurriyyet.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan BMT-nin mənzil-qərargahında rusiyalı həmkarı Sergey Lavrov ilə görüşüb. RF XİN-in açıqlamasına görə, nazirlər ikitərəfli ticari-iqtisadi əməkdaşlıq məsələlərini, təmasların qrafikini müzakirə ediblər, beynəlxalq mövzuda fikir mübadiləsi aparıblar. Dünyadakı kəskin regional problemlərin, ilk növbədə Qəzzada, Suriyada, ümumilikdə Yaxın Şərqdə, Qara dəniz hövzəsindəki münaqişələrin həllində, həmçinin, Cənubi Qafqazda iki ölkənin addımlarının koordinasiyasının əhəmiyyəti qeyd edilib.
Hürr Tərcüman