📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hakan Fidan ABŞ-ı İsrailə təzyiq göstərməyə çağırıb

2024-08-12 18:59:57

Hakan Fidan ABŞ-ı İsrailə təzyiq göstərməyə çağırıb

Hurriyyet.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-ın dövlət katibi Entoni Blinken ilə telefon danışığı zamanı Vaşinqtonu Qəzza ilə danışıqlar aparılması və daimi atəşkəsə nail olunması üçün İsrailə təzyiq göstərməyə çağırıb.
Bu barədə Türkiyə XİN məlumat verib. Telefon danışığının ABŞ tərəfinin təşəbbüsü ilə aparıldığı bildirilir.
Hakan Fidan regionda gərginliyin getdikcə artmasının narahatlıq doğurduğunu bildirib.
Hürr Tərcüman