Hakan Fidan: "ABŞ odla oynayır"
2024-02-05 11:50:13
Hurriyyet.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan "A-Haber" kanalına müsahibəsində Birləşmiş Ştatların Yəmənə atəş açmaqla odla oynadığını, istənilən anda regionda yanğının alovlanmasına səbəb ola biləcəyini deyib.
Nazir deyib: "ABŞ odla oynayır. Siz odla oynadığınız zaman, bu atəş istənilən anda yanğına çevrilə bilər. Onu isə nəzarət altında saxlamaq mümkün olmayacaq. Türkiyə regional tərəfdaşları və ABŞ ilə daimi dialoqdadır. Regional genişlənmələrdən qaçmaq lazımdır. Vəziyyət yaxşı deyil. Biz daha irimiqyaslı ekspaniya ilə qarşılaşa bilərik".
Hürr Tərcüman