📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hakan Fidan Aİ-yə müraciət etdi: “Sonra gec olacaq"

2023-08-22 16:28:03

Hakan Fidan Aİ-yə müraciət etdi: “Sonra gec olacaq

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Avropa İttifaqını hələ imkan var ikən Türkiyənin Aİ-yə qəbul müraciətinə müsbət cavab verməyə çağırıb.

Hakan Fidan Bolqarıstanın Baş nazirinin müavini, XİN rəhbəri Mariya Qabriel ilə görüşdən sonra Ankarada keçirilən mətbuat konfransında deyib: “Türkiyənin Aİ-yə üz olması həm Aİ, həm də regionumuz üçün yeni imkanlar açacaq. Avropa liderlərinə tövsiyə edirəm ki, yeni imkanlar pəncərəsi bağlamadan ondan istifadə eləsinlər”.

Bolqarıstanlı həmkarı da öz növbəsində Sofiyanın Ankaranın Avropa ittifaqına üzv olmasını dəstəklədiyini bəyan edib: “Türkiyə Aİ-yə daxil olmaq prosesindədir. Avropa İttifaqının üzvü olan Bolqarıstan Ankaranın Avropaya doğru səylərini dəstəkləyir”.

Hürr Tərcüman