📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hakan Fidan Bakıdadır - Yenilənib

2026-10-14 20:58:11

Hakan Fidan Bakıdadır - Yenilənib

Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 15-də Azərbaycana səfər edəcək.

Hurriyyet.net  xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Məlumata görə, o, Bakıda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM (CICA)) Dövlət və Hökumət Başçıları Şurasının 7-ci sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək.

Hakan Fidanın Zirvə Görüşündə çıxış etməsi və ikitərəfli görüşlər keçirməsi gözlənilir.

***

Türkiyənin XİN rəhbəri Hakan Fidan Azərbaycana gəlib.

Bu barədə Türkiyə XİN məlumat yayıb.

Türkiyəli naziri Heydər Əliyev Beynəlxalq Hava Limanında gənclər və idman naziri Fərid Qayıbov qarşılayıb.