📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hakan Fidan BƏƏ Prezidenti ilə görüşüb

2024-12-25 18:05:56

Hakan Fidan BƏƏ Prezidenti ilə görüşüb

Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, BƏƏ-nin paytaxtı Abu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nahayyan ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzza münaqişəsini və Suriyadakı vəziyyəti müzakirə ediblər. Tərəflər Suriyanın ərazi bütövlüyü, suverenliti və ölkədə sabitlik məsələsində hər iki ölkənin dəyişməz mövqedə olduğunu bildiriblər. 
Hürr Tərcüman