Hakan Fidan Brüsselə gedir
2023-11-27 23:44:41
Türkiyənin xarici işlər naziri Hakan Fidan Belçikanın paytaxtı Brüsselə gedəcək.
Hurriyyet.Az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Bildirilir ki, Fidan 28-29 noyabr tarixlərində keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısında iştirak edəcək.
Görüşlərdə Qəzza və Ukraynadakı vəziyyət müzakirə ediləcək.