📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hakan Fidan İrana gedir

2023-09-02 22:56:11

Hakan Fidan İrana gedir

Türkiyə xarici işlər naziri Hakan Fidan sabah İrana səfər edəcək. 

Səfərlə bağlı Xarici İşlər Nazirliyindən açıqlama verilib.

“Hörmətli nazirimiz İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə 2023-cü il sentyabrın 3-də İran İslam Respublikasına səfər edəcək”.

Nazir Fidan səfəri çərçivəsində Tehranda yüksək səviyyəli təmaslar keçirəcək.

Səfər münasibəti ilə İranla hər sahədə əməkdaşlığı inkişaf etdirmək imkanları müzakirə olunacaq. Cari regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.\\Ölkə.Az