Hakan Fidan İrana səfər edəcək
2023-09-02 17:48:02
Türkiyənin xarici işlər naziri Hakan Fidan sentyabrın 3-də İrana səfər edəcək.
Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfər İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın dəvəti ilə baş tutacaq.
Məlumata görə, görüşdə iki dövlət arasında əməkdaşlıq, həmçinin cari regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.
yenisabah.az