Hakan Fidan İsrailə irad bildirib: Ərazini işğal etmək oğurluqdur
2023-10-17 13:48:08
Türkiyənin xarici işlər naziri Fidan bildirib ki, Ankara ələ keçirilən insanların azad edilməsi ilə bağlı Həmas ilə danışıqlar aparır.
Bundan başqa Fidan İsrailə də irad bildirib. “Siz kiminsə ərazisini işğal edirsiniz. İnsanların evlərini alıb oradan qovursan. Sonra kimisə gətirirsiniz və “məskunlaşma” adı altında ora yerləşdirirsən. Bunun adı oğurluqdur”, deyə Türkiyənin xarici işlər naziri Fidan Livanda keçirdiyi mətbuat konfransında bildirib.
Ülviyyə, Hurriyyet.az