📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hakan Fidan: “Laçın yolu – Azərbaycanın öz ərazisidir"

2023-07-31 17:19:00

Hakan Fidan: “Laçın yolu – Azərbaycanın öz ərazisidir

"Bakı istədiyi addımları ata bilər"

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Laçın yolu ilə bağlı Azərbaycana qarşı irəli sürülən iddiaların ədalətsiz olduğunu bəyan edib.

Azərbaycanlı həmkarı Ceyhun Bayramovla birlikdə  mətbuat konfransı keçirən Hakan Fidan deyib: “Laçın yolu – Azərbaycan ərazisidir və Azərbaycan Laçında istənilən addımlar ata bilər. Hazırda orada tibbi tranzit təmin edilib, humanitar yardım göstərilir”.

Hakan Fidan dünya ictimaiyyətinə Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə qarşı gəlməmək, əksinə, yardım eləmək çağırışı edib.

Hürr Tərcüman