📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hakan Fidan MİT rəhbəri postunu İbrahim Kalına təhvil verdi

2023-06-06 16:52:00

Hakan Fidan MİT rəhbəri postunu İbrahim Kalına təhvil verdi

Türkiyənin yeni XİN rəhbəri Hakan Fidan ölkənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri vəzifəsini İbrahim Kalına təhvil verib.

Hurriyyet.az xəbər verir ki, bu barədə məlumatı H.Fidan öz rəsmi tviter hesabında paylaşıb. 

O, ölkənin XİN rəhbəri təyin olunmasına görə ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğana bir daha minnətdarlığını bildirib. 

Qeyd edək ki, bu, Hakan Fidanın XİN rəhbəri olaraq ilk paylaşımı olub.

Onu da xatırladaq ki, H.Fidan iyunun 5-i Mövlud Çavuşoğludan ölkənin XİN rəhbəri vəzifəsini təhvil alıb. 2014-cü il dekabrın 11-dən Türkiyə Prezidentinin sözçüsü vəzifəsində çalışan Kalın isə MİT rəhbəri təyin edilib.

qafqazinfo.az