📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hakan Fidan Rusiyaya səfər edəcək

2024-06-04 12:48:24

Hakan Fidan Rusiyaya səfər edəcək

Hurriyyet.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan BRİKS ölkələrinin Rusiyada keçiriləcək nazirlər sammitində iştirak edəcək. 
10-11 iyun tarixlərində Nijni Novqorodda keçiriləcək tədbirdə təşkilatın üzvləri ilə yanaşı, əlavə 20-25 ölkənin nazirlərinin iştirakı gözlənilir.
Hakan Fidan bəyan edib ki, Avropa ölkələri ilə Gömrük İttifaqına daxil olan Türkiyə BRİKS kimi müxtəlif platformalarda əməkdaşlıq üçün yeni imkanlar axtarışındadır.
BRICS — beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur. Üzvlər — Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikasıdır (Brazil, Russia, India, China, South Africa, BRICS).
Hürr Tərcüman