Hakan Fidan Rusiyaya səfərə hazırlaşır
2023-08-30 14:04:01
Hurriyyet.az xəbər verir ki, Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan 31 avqust və 1 sentyabr tarixlərində Rusiayaya işgüzar səfər edəcək, RF XİN rəhbəri Sergey Lavrovla görüşəcək.
Bu barədə məlumatı RF XİN mətbuat təmsilçisi Mariya Zaxarova jurnalistlərə açıqlamasında verib.
Zaxarova deyib: “Nazirlər regionda, o cümlədən, Ukraynada, Suriyada, Liviyada, Cənubi Qafqazdakı, Rusiya-Türkiyə arasındakı ikitərəfli münasibətlərdəki vəziyyəti, o cümlədən energetika sahəsindəki strateji layihələrin reallaşdırılması məsələlərini müzakirə edəcəklər. Rusiya ilə Türkiyənin XİN rəhbərləri yüksək səviyyəli ikitərəfli təmasların qrafikini hazırlayacaqlar”.
Hürr Tərcüman