Hakan Fidan Rusiyaya səfərə hazırlaşır
2025-05-20 15:59:51
Hurriyyet.az "İnterfaks" agentliyinə istinadla xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan 25-27 may tarixlərində Rusiyaya işgüzar səfər edəcək. Bu barədə RF XİN mətbuat təmsilçisi Mariya Zaxarova məlumat verib. Zaxarova deyib: "Hakan Fidan ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında danışıqlar planlaşdırılıb".
Görüş zamanı Suriya, Liviya, Qafqaz, Qara dəniz bölgələri ilə bağlı məsələlərin, həmçinin, iqtisadi-ticarət əlaqələrinin müzakirə ediləcəyi gözlənilir.
Hürr Tərcüman