📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hakan Fidan Suriyaya gedəcək

2024-12-20 17:35:39

Hakan Fidan Suriyaya gedəcək

Hurriyyet.az xəbər verir ki, Türkiyə Suriyanın yeni hökuməti ilə münasibətləri inkişaf etdirməyi planlaşdırır.
Türkiyə mediasının verdiyi məlumata görə, Türkiyənin xarici işlər naziri Hakan Fidan yaxın günlərdə Suriyaya səfər edəcək.
Ankaranın Dəməşqin yeni hökuməti ilə ticarət münasibətləri qurmağı planlaşdırdığı bildirilir.
Bəlli olduğu kimi, ABŞ diplomatları da Dəməşqə yola düşüblər. Vaşinqtonun elçiləri Suriyanın yeni hökuməti ilə ölkənin gələcəyini və ABŞ-ın dəstəyinin mümkünlüyünü müzakirə etmək niyyətindədirlər.
Hürr Tərcüman