📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hakan Fidan Türkiyənin BRİKS üzvü olmaq istəyinin səbəbini açıqlayıb

2024-09-19 13:58:06

Hakan Fidan Türkiyənin BRİKS üzvü olmaq istəyinin səbəbini açıqlayıb

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın BRİKS təşkilatına daxil olmaq istəyini bir daha bəyan edib.
Nazir bununla əlaqədar verilən sualın cavabında deyilb: "Avropa İtifaqı ilə iqtisadi inteqrasiyamız üzvlük ilə taclansa idi, bəlkə də bir çox sahədə belə axtarışda olmayacaqdıq. Hər bir ölkə iqtisadi, siyasi ittifaqlar qurmağa məcburdur. Biz təkcə BRİKS-ə deyil, ASEAN-a da çox yaxın baxırıq. Market yayılması baxımından daha böyük miqyasda inqteqrasiyalara ehtiyac var. Türkiyənin iqtisadiyyatı çox böyükdür. Türkiyə iqtisadi möcüzə yaşayan bir ölkədir. Neft, qaz kimi sürətlə nəğd pul gətirən maliyyə mənbəyi olmadan, sənaye və texnologiya məhdullarını satmaqla, kənd təsərrüfatı və xidmət sahələri ilə G20 arasında olan bir ölkəyik".
Hürr Tərcüman