📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hakan Fidan Yunanıstanla bağlı açıqlama verdi

2023-09-05 19:59:31

Hakan Fidan Yunanıstanla bağlı açıqlama verdi

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Hakan Fidan yunanıstanlı həmkarı Yorqos Qerapetritislə görüşdən sonrakı açıqlamasında Ankaranın qonşusu və NATO-dakı müttəfiqi Yunanıstanla olan problemlərinin dialoq yolu ilə həllinə kökləndiyini bildirib.

Hakan Fidan deyib: “Biz münasibətlərimizin irimiqyaslı inkişafına istiqamətlənmiş yol xəritəsini ətraflı müzakirə etdik. Ölkələrimizin liderləri sentyabr ayında ABŞ-da (BMT-nin Baş Assambleyasında – red.) görüşəcəklər. Dialoq üçün kanalın bərpası bizim üçün müsbət irəliləmədir. Biz bu prosesin davamına kökləndiyimizi təsdiqlədik”.

Hürr Tərcüman