Hakan Fidanın bəyanatından sonra Türkiyə səfiri İranın Xarici İşlər Nazirliyinə çağırıldı
Hurriyyet.az xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidanın bəyanatından sonra Türkiyənin Tehrandakı səfiri Hicabi Kırlanqiç İran XİN-ə çağırılıb.
Türkiyə səfirini İranın xarici işlər nazirinin köməkçisi Mahmud Heydəri qəbul edib. Heydəri Türkiyə XİN rəhbəri Hakan Fidanın bu yaxınlarda verdiyi bəyanatdan narazı qaldıqlarını bildirib və ikitərəfli münasibətlərə zərər verə biləcək çıxışlardan yayınmağın əhəmiyyətindən danışıb.
Türkiyə səfiri Ankaranın Tehranla mehriban qonşuluq münasibətlərini saxlamaq niyyətində olduğunu və İranın mesajını Ankaraya çatdıracağını bildirib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Əl-Cəzirə telekanalına müsahibəsində demişdi ki, İranın qonşu ölkələrdəki silahlılara dəstək siyasəti faydadan çox problemlər yaradır. Onun sözlərinə görə, Tehran İraq və Suriyada müəyyən uğurlar əldə edib, lakin bunun üçün çox yüksək qiymət ödəyib.
Hürr Tərcüman