H.Akarla S.Şoyqu Ukrayna ilə bağlı dördtərəfli müqaviləni imzalayacaqlar
2022-07-22 13:59:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Türkiyənin Müdafiə naziri Hulusi Akar ilə Rusiyanın Müdafiə naziri Sergey Şoyqu taxıl dəhlizi ilə bağlı müqavilə imzalayacaqlar.
Habertürk kanalının yaydığı məlumata görə, S.Şoyqu artıq İstanbuldadır.
TRT kanalının verdiyi xəbərə görə, taxıl dəhlizi müqaviləsini Ukrayna tərəfindən ölkənin İnfrastruktur naziri Aleksandr Kubrakov imzalayacaq.
Xatırladaq ki, Türkiyə Prezidenti Administrasiyası iyulun 22-də İstanbulda Rusiya, Ukrayna, Türkiyə və BMT arasında taxıl dəhlizi müqaviləsi bağlanacağını bəyan edib.
Hürr Tərcüman