📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hakerlər dünya iqtisadiyyatına 9 trilyon dollar ziyan vurub

2021-12-16 15:45:00

Hakerlər dünya iqtisadiyyatına 9 trilyon dollar ziyan vurub

2021-ci ildə haker hücumlarından qlobal iqtisadiyyata dəyən ziyan 9 trilyon dollar təşkil edib ki, bu da investisiya fəaliyyətini zəiflədir. Bunu Rusiya prezidentinin informasiya təhlükəsizliyi üzrə beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Xarici İşlər Nazirliyinin departamentinin direktoru Andrey Krutskix RİA Novosti-yə bildirib.

"Bankirlər qeyd edirlər ki, itkilər milyardlarla dollar təşkil edir... BMT-nin statistikası isə bildirir ki, bu il təkcə sırf adi kiber əməliyyatlar nəticəsində qlobal iqtisadiyyata dəyən zərər 9 trilyon dollar təşkil edir. Və bu, ikiqat artacaq. Bu mühitdə normal investisiya fəaliyyəti haqqında düşünmək sadəcə olaraq çox çətindir və sonra tam durğunluq başlayır", - Krutskix bildirib.

Onun sözlərinə görə, əgər kimsə kiberməkanda aqressiya nümayiş etdirirsə, kibermüharibənin xüsusiyyətlərinə görə hücum faktını sübut etmək və müvafiq olaraq cavab vermək çox çətinləşir.

virtualaz.org