📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hakim: "Əleyhinə qərar çıxarsam da, mənə təşəkkür etdi"

2024-05-13 13:58:22

Hakim:

"Bir dəfə məhkəmə prossesində yaşlı bir insan iddia qaldırmışdı, səhv etmirəmsə, iddia bir müəssisəyə qarşı əmək haqqı və ya maddi təminatla bağlı idi. Uğursuz bir iddia idi. Amma prossesə başlayanda hiss etdim ki, bu insan dinlənilmək istəyir, onda belə bir ehtiyac var". 

Hurriyyet.az xəbər verir ki, bunu "Femida Könüllüləri" Təşkilatı tərəfindən təsis edilən "Femida TV"yə müsahibəsində Ali Məhkəmənin hakimi Abiddin Hüseynov bildirib. 

"Prossesin, işlərin çoxluğuna baxmayaraq, mən həmin insana çoxlu vaxt ayırdım və uzun müddət onu dinlədim. Digər prosseslər də var idi. Digər prosseslərin başlanması ilə bağlı onu təxirə saldım. Növbəti dəfə yenə təxirə saldım. Heç o işdə cavabdeh də gəlmirdi. Yenə o insan gəldi, yenə danışdı, ürəyini boşaltdı. Təxminən üç prosses yanlız onu dinlədim. Hiss edirdim ki, onun buna ehtiyacı var. Prossesin sonunda həmin insan mənə dedi ki: "Cənab hakim, siz ki məni dinlədiniz, mənim bütün fikirlərimə qulaq asdınız, bundan sonra qəbul edəcəyiniz istənilən qərarla razıyam və ona hörmətlə yanaşacam". Həqiqətən də mən onun ziyanına qərar çıxardım, iddiasını rədd etdim. O təşəkkür etdi və gedib qərardan şikayət vermədi. Doğrudan da, bəzən insanların dinlənilməyə ehtiyacı var. Sadəcə dinlənilməklə sanki problemlərin həll olunduğunu düşünürlər", deyə hakim bildirib.

qaynarinfo.az