📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hakimlərdən ABŞ və Avropa səfirliklərinə MÜRACİƏT: Gürcüstanın daxili işlərinə qarışmayın

2021-11-04 16:40:00

Hakimlərdən ABŞ və Avropa səfirliklərinə MÜRACİƏT: Gürcüstanın daxili işlərinə qarışmayın

Gürcüstanın hakimlər kollegiyası ABŞ və Avropa dövlətləri səfirliklərinə müraciət ünvanladılar. Müraciətdə deyilir ki, nə ABŞ, nə Avropa ölkələri Gürcüstanın daxili işlərinə müdaxilə edə bilmzələr və ölkə qanunlarına hörmət etməlidirlər. 

Belə ki, komitə Ali Ədliyyə Şurasına iki üzvün təyinatını tələsik və qeyri-şəffaf adlandıran, bu aktı məhkəmə sistemi islahatında geriyə addım adlandıran diplomatik nümayəndəliklərin iddialarına cavab olaraq bildirib.

"Gürcüstan-müstəqil məhkəmə sisteminə malik olan müstəqil dövlətdir. Bu sistem kənar müdaxilə olmadan işləyir və yalnız qanuna tabe olur", deyə müraciətdə bildirlir.   

Ülviyyə, Hurriyyet.az