HAMAS-a məxsus silah istehsalı zavodu və infrastruktur obyekti sıradan çıxarılıb
2024-08-03 19:12:25
TSAXAL ordusu tərəfindən Qəzzanın şimalında HAMAS-a məxsus olan silah-sursat istehsalı zavodu və idarəetmə məntəqəsi sıradan çıxarılıb.
Hurriyyet.az-ın “Haaretz”ə istinadən məlumatına görə, bu barədə orduya yaxın mənbələrin açıqlamasında bildirilir.
O da qeyd olunub ki, əvvəllər sözügedən binada məktəb fəaliyyət göstərib.