📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Hamı bilirdi ki, bir gün müharibə başlayacaq“ - Paşinyan

2022-09-13 15:55:00

“Hamı bilirdi ki, bir gün müharibə başlayacaq“ - Paşinyan

"44 günlük müharibədən sonra eyni sualı mənə min dəfə mənə verirdilər: “Müharibənin dayandırılması üçün nə etmisən?” Ancaq heç kim soruşmadı: "Müharibədə qalib gəlmək üçün bir şey etdin?"

Bunu Nikol Paşinyan Ermənistan Milli Məclisinin iclasında deputatların suallarını cavablandırarkən deyib.

Eyni zamanda, baş nazirin sözlərinə görə, o, bu sualı səmimi-qəlbdən gözləyirdi:

“Hamı bilirdi ki, bir gün müharibə başlayacaq. Dedilər: “Başlayan kimi dərhal dayandıracağıq”. Bəs necə? Əgər iradə yoxdursa və bu iradəni dəstəkləmək üçün müvafiq qurumlar qurulmayıbsa, necə dayanacaqdın”.

Yenisabah.az