📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hamı dedi ki, ölüb, eləmə - Şəhid olduğu deyilən əsgəri həyata qaytardı - VİDEO

2023-09-21 23:39:04

Hamı dedi ki, ölüb, eləmə - Şəhid olduğu deyilən əsgəri həyata qaytardı - VİDEO

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin cərrahı, Vətən müharibəsində həkim kimi xidmət göstərən Tural Abbaszadə Baku TV-yə müsahibə verib.

Müharibənin ilk günündən cəbhəyə yollanan həkim həmin dövrdə yaşadığı unudulmaz anlardan danışıb. 

“Bütün müayinə və müalicələri saysaq, ilk günlərdə elə olub ki, 200-ə yaxın xəstəyə baxmışıq”, – deyə cərrah qeyd edib.

T.Abbaszadə şəhid olduğu deyilən əsgəri xilas etməsindən də bəhs edib: “Aşağı ətraflarının ciddi zədələnməsi var idi. Əməliyyat masasında keçindiyini dedilər. Qonşu otaqda əməliyyatımı bitirib, çıxdım, ürək masajı etdim. Daha sonra şprislə ürəyinə adrenalin vurdum, əsgər ayıldı”