📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Hamı sevinir, amma onun getməsi..." - Sabiq deputatdan Məleykə Abbaszadə ilə bağlı paylaşım

2026-11-20 12:05:04

Sabiq deputat, “Azərbaycan” Universitetinin təsisçisi və keçmiş rektoru Səlahəddin Xəlilov Məleykə Abbaszadənin Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsindən azad edilərək Bakı Dövlət Universitetinin (BDU) rektoru təyin olunmasına münasibət bildirib.

Hurriyyet.net  xəbər verir ki, Səlahəddin Xəlilov sosial media hesabında yeni təyinatı şərh edərkən Məleykə Abbaszadənin DİM-dən ayrılmasının həmin qurum üçün itki ola biləcəyinə diqqət çəkib.

O, fikrini filosof Hegelin sözləri ilə əsaslandırıb:

“Hegel deyir ki, hər təsdiq nəyinsə inkarıdır. Hər bir qazanc da nəyinsə itkisidir.

Yeni təyinatla bağlı sevinənlər çoxdur. Amma Məleykə xanımın DİM-dən getməsinin necə bir itki olduğunu və belə böyük səlahiyyətlərə malik bu qurumun taleyini düşünsək: o səviyyədə etimad qazana biləcək bir kadrın tapılması asanmı olacaq?”

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı sərəncamla Məleykə Mehdi qızı Abbaszadə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Dövlət başçısının digər sərəncamı ilə o, Bakı Dövlət Universitetinin rektoru təyin olunub.