📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hamilə arvadını bıçaqladı - Foto

2023-09-13 11:58:21

Hamilə arvadını bıçaqladı - Foto

Abşeron rayonunun Qobu qəsəbəsində 19 yaşlı hamilə qadın bıçaqlanıb.

Hurriyyet.az APA-ya istinadən xəbər verir ki, Əliağa Vahid küçəsində A.Nərimanova yaşadığı evdə həyat yoldaşı Alim Nərimanov tərəfindən bıçaqlanıb. Yaralı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

A.Nərimanovanın anası bildirib ki, hadisə qısqanclıq zəminində baş verib. O, qızının 2 aylıq hamilə olduğunu deyib.

Faktla bağlı araşdırma aparılır.