"Hamıya bəyan etməliyik ki, sülh sazişi imzalanmadan kommunikasiya xətlərinin açılması mümkün deyil" - ELXAN ŞAHİNOĞLU
"Elə anlaşılmasın ki, Azərbaycan kommunikasiya xətlərinin açılması naminə Ermənistanın Qarabağla bağlı iddialarına seyrçi qalacaq"
"Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə çıxış edərkən Azərbaycanla dəmir və avtomobil yolunun açılışına hazır olduğunu bildirib. Rəsmi Bakı da kommunikasiya xətlərinin açılmasını istəyir. Sadəcə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadan kommunikasiya xətlərinin açılması nə dərəcədə maraqlarımıza cavab verir? Təsəvvür edin ki, İrəvan Qarabağı Azərbaycan ərazisi saymır, ancaq Azərbaycanın nəqliyyat imkanlarından istifadə etməyə başlayır". Hurriyyet.az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq hesab edir ki, bu, milli və təhlükəsizlik maraqlarımıza ziddir: "Hamıya dönə-dönə bəyan etməliyik ki, sülh sazişi imzalanmadan, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadan kommunikasiya xətlərinin açılması mümkün deyil. Elə anlaşılmasın ki, Azərbaycan kommunikasiya xətlərinin açılması naminə Ermənistanın Qarabağla bağlı iddialarına seyrçi qalacaq".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az