📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hande Harmancı Omicrona görə qapanmalarla bağlı məsələyə münasibət bildirib

2022-02-07 11:37:00

Hande Harmancı Omicrona görə qapanmalarla bağlı məsələyə münasibət bildirib

"COVID-19-un Omikron ştamı ilə bağlı yoluxma sayında yüksək artım görünür".

Hurriyyet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib. O bildirib ki, bununla bağlı görüləcək tədbirlər eynidir:

"Peyvənd olunmayanları vaksinasiyaya dəvət edirəm. Yoluxma sayları çox yüksəkdir, amma xəstəlik əsasən yüngül keçir. Ölüm saylarında artım yoxdur. Bundan sonra da yeni ştamlar yarana bilər. Qapanmalarla bağlı hökumət qərar verə bilər".

O qeyd edib ki, ÜST və UNİCEF məktəblərin açıq qalmasının tərəfdarıdır: "Qapanmaların lokal olaraq, lazım olduqda həyata keçirilməsini tövsiyə edirik" -, bildirib.