📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Haniyənin öldürülməsi: Fələstin prezidenti çağırış etdi

2024-07-31 09:53:08

Haniyənin öldürülməsi: Fələstin prezidenti çağırış etdi

HƏMAS lideri İsmayıl Haniyəyə yönəlmiş sui-qəsd qorxaqca atılmış bir addım və təhlükəli bir irəliləyişdir.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Fələstin Prezidenti Mahmud Abbas deyib.

O, Fələstin xalqını İsrail işğalına qarşı dirəniş göstərməyə və birlik olmağa çağırıb.

Qeyd edək ki, bu gün səhər saatlarında HƏMAS rəhbərinin Tehrandakı iqamətgahının raket atəşinə tutulması nəticəsində İsmayıl Haniyə və onun 1 mühafizəçisi öldürülüb.

axar.az