📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Haniyənin qətli İranın suverenliyinin pozulmasıdır"

2024-07-31 13:18:09

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Suriyanın Xarici İşlər Nazirliyi Fələstinin  HƏMAS hərəkatının lideri İsmayıl Haniyənin öldürülməsini İranın suverenliyinin pozulması kimi qiymətləndirib.
SANA agentliyinin məlumatına görə, Suriya XİN Fələstin xalqına başsağlığı verib, Dəməşqin Tehran ilə həmrəy olduğunu bildirib.
Bəlli olduğu kimi, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qaldığı iqamətgaha bu gün İran vaxtı ilə gecə saat 2 radələrində birbaşa raket zərbəsi endirilib. Haniyə və mühafizəçisi zərbə nəticəsində həlak olublar.
HƏMAS İsraili bu qətldə günahlandırır.
Xatırladaq ki, 2023-cü ilin oktyabrından - Qəzza bölgəsində münqaişə alovlandıqdan indiyə qədər Haniyənin ailəsinin yaşadığı qaçqın düşərgəsi dəfələrlə İsrail ordusu tərəfindən atəşə tutulub. Həmin zərbələr zamanı İsmayıl Haniyənin üç oğlu və dörd nəvəsi həlak olub.
Hürr Tərcüman