📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Hansı haqla sən millət vəkillərini təhqir edirsən?”- Fəzail Ağamalı “3D” verilişindən danışdı

2021-12-30 13:30:00

“Hansı haqla sən millət vəkillərini təhqir edirsən?”- Fəzail Ağamalı “3D” verilişindən danışdı

Deputat Fəzail Ağamalı Milli Məclisdəki çıxışında İTV-də Dadaş Dadaşlinskinin müəllifliyi ilə yayımlanan “3D” verilişi haqda etirazlarını çatdırıb.

Hurriyyet.az-ın məlumatına görə deputat bildirib ki, bu, televiziya cəmiyyəti düşündürən problemləri İTV-nin platformasına çıxara bilmir. F.Ağamalı həmin verilişə dəvət olunduğunu, ancaq müəyyən səbəblərdən ora gedə bilmədiyini də diqqətə çatdırdı: “Hələ də mən onun qara siyahısındayam. Hər verilişdə Fəzail Ağamalının, digər həmkarların şəkilləri gəlir, onlar təhqir olunur. Hansı haqla sən millət vəkillərini təhqir edirsən?! Bunlar yığışdırılmalıdır!

Ümidvaram ki, Şura üzvləri oradakı bu və ya buna bənzər problemlərin yayılmasına imkan verməcəyək”.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının yeni üzvlərinin seçkisindən sonra spiker Sahibə Qafarova bildirdi ki, o, deputatın səsləndirdiyi fikirlərin diqqətdən kənarda qalmayacağına ümid edir.

Musavat.com