"Haqqımı halal etmirəm" deyən kişi yasda qalmaqal yaratdı - "7 min borcu var idi" - VİDEO
2022-03-10 20:57:00
İstanbulun Bağcılar səmtində keçirilən dəfn mərasimində maraqlı anlar yaşanıb.
Mollanın "Haqqınızı halal edirsinizmi?" soruşduqda dərhal dəfndə olanlardan biri "mən halal demirəm" deyərək tabutun qabağına çıxıb.
O, bu hərəkətini 7 ildir ki, mərhumdan borcunu ala bilməmənəsi ilə izah edib. Cənazə namazı qılınan mərhumun qızı həmin an həmin şəxsə reaksiya verərək "Allah başınıza bəla versin. Bunu buradan çıxarın" deyib.
NTV-də yer alan xəbərə görə, mərhumun atasının əmisi oğlu olduğu öyrənilən şəxsin daha əvvəl mərhuma 10 min dollar borc verdiyi və geri ala bilmədiyi müəyyən edilib.
Milli.Az