📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hatayda zəlzələ oldu

2023-02-17 00:27:00

Hatayda zəlzələ oldu

Türkiyənin Hatay şəhərinin Arsuz rayonundan 8,8 km məsafədə Aralıq dənizində 5,1 maqnitudalı zəlzələ olub.

Bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 10,77 km dərinlikdə olub. Təbiət hadisəsi Bakı vaxtı ilə 23:47-də qeydə alınıb.