📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Hava ilə bağlı XƏBƏRDARLIQ - Növbəti iki gündə...

2026-04-22 17:20:28

Hava ilə bağlı XƏBƏRDARLIQ - Növbəti iki gündə...

Azərbaycanın bəzi dağlıq və dağətəyi rayonlarında aprelin 24-25-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı gözlənilir.

Hurriyyet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.