Hava ilə bağlı xəbərdarlıq
2024-08-20 09:53:50
Avqustun 20-si gündüz əsasən dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Hurriyyet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var.
Çaylarda sululuğun artacağı ehtimalı var.